İranlı qadın şahmatçı Asiya çempionu oldu
https://azeri.sahartv.ir/news/İran-i196649-İranlı_qadın_şahmatçı_asiya_çempionu_oldu
Qadınlar arası şahmat üzrə Asiya çempionatının yekun mərhələsi İran İslam Respublikasını təmsil edən qadın şahmatçının qələbəsi ilə başa çatdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2015 12:25 Asia/Baku
  • Mitra Hicazipur
    Mitra Hicazipur

Qadınlar arası şahmat üzrə Asiya çempionatının yekun mərhələsi İran İslam Respublikasını təmsil edən qadın şahmatçının qələbəsi ilə başa çatdı.

İranın Şahmad Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iranlı şahmatçı Mitra Hicazipur bazar ertəsi günü qadınlararası şahmat üzrə Asiya çempionatının yekun mərhələsində hindistanlı şahmatçı Mari An Qomez üzərində qələbə çalaraq, 2015-ci il üçün Asiya çempionu oldu.
Mitra Hicazipur rəqibi üzərində qələbə çaldıqdan və yarışların birincisi olduqdan sonra, qadınlararası şahmat üzrə dünya çempionatında iştirak üzrə Asiyanın yeganə lisenziyasını əldə edib.