Avq 12, 2015 12:58 Asia/Baku
  • Əmir Fərzad İsmayili
    Əmir Fərzad İsmayili

İan İslam Respublikasının Xatəmül-Ənbiya(s.ə.s) Hava Hücumundan Müdafiə Qərargahının komandanı İran səmasını dünyanın ən təhlükəsiz səması adlandırıb və deyib: İranın Hava Hücumundan Müdafiə Qüvvələri tam hazırlığa malikdir.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Əmir Fərzad İsmayili çərşənbə axşamı deyib: Bu gün biz qurudan, dənizdən və havadan gələ biləcək istənilən təhdidi 360 dərəcədə izləməyə qadirik.
Əmir Fərzad İsmayili əlavə edib: Əgər düşmən ölkəmizə təcavüz etmək fikrinə düşərsə, İran İslam Respublikası Silahlı Qüvvələri tərəfindən ağır zərbə almış olacaq. İranın Havadan Hücumundan Müdafiə Qüvvələri İslam İnqilabının Böyük Rəhbərinin fərmanını gözləyir və tam hazır vəziyyətdədirlər. Bu gün, Hava Hücumundan Müdafiə Qüvvələri sayəsində İran İslam Respublikasının səması dünyanın ən təhlükəsiz səmalarındandır.
Xatəmül-Ənbiya(s.ə.s) Hava Hücumundan Müdafiə Qərargahının komandanı daha sonra ölkədə Hava Hücumundan Müdafiə nöqtələrinin sayının 3700-ə çatdırılmasına toxunaraq deyib: Əgər keçmişdə ölkəmizin səmasından istifadə edərək, 400 uçuş həyata keçirilirdisə, bu gün həmin uçuşların sayı 1200-ə çatıb.

Teqlər