Avq 12, 2015 13:06 Asia/Baku
  • üvə anlaşması
    üvə anlaşması

Amerikada ehtiyatda olan bir qrup general İran ilə nüvə anlaşmasını himayə edib.

İRİB-nin verdiyi məlumata görə, Vaşinqton Post yazır: ABŞ ordusunun ehtiyatda olan bir qrup generalı və admiralı müştərək bir məktubda ABŞ Konqresindən istəyiblər ki, İran ilə nüvə anlaşmasını dəstəkləsin.
Ehtiyatda olan generalların məktubunda deyilir: Anlaşma, İranın nüvə silahı əldə etməsini önləmək üçün ən yaxşı yoldur və İrana qarşı hərbi seçimdən istifadə, o zaman anlamlı ola bilər ki, İran ilə anlaşmanın əldə olunması üçün bütün diplomatik və siyasi yollar artıq tükənmiş olsun.
ABŞ ordusunun ehtiyatda olan generalları hərbi seçimdən istifadənin, İran ilə diplomatik anlaşmadan daha az effektli olduğuna təkid edərək, bildiriblər: Ən yaxşı və hərtərəfli seçim olan anlaşma artıq mümkündür.
ABŞ dövlət katibi Con Kerri də Röyters ilə müsahibədə deyib: ABŞ Konqresinin İran ilə nüvə anlaşmasını təsdiq etməkdən çəkinəcəyi təqdirdə, dollar təhlükə ilə üzləşmiş olacaq.
Kerri əlavə edib: Əgər Amerika İran ilə nüvə anlaşmasından uzaqlaşarsa və öz müttəfiqlərindən İrana qarşı sanksiyaları himayə etmələrini istəyərsə, dollar öz dəyərini nisbi şəkildə itirmiş olacaq. Buna görə də ABŞ hökuməti çalışır ki, Konqresin İran ilə nüvə anlaşmasının əleyhinə qərar qəbul edəcəyi təqdirdə, prezidnet Barak Obamanın Konqresin bu qərarına qarşı vetosunu himayə məqsədilə demokrat konqresmenlərin razılığını cəlb edə bilsin.

Teqlər