İran xarici işlər naziri Livan Hizbullahının baş katibi ilə görüşüb
Avq 12, 2015 17:41 Asia/Baku
-
İran xarici işlər naziri Livan Hizbullahının baş katibi ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Müqaviməti Livan və regionun başucalığı adlandırıb.
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı Beyrutda Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah ilə görüşdə, regionda sülh və təhlükəsizliyin təmin edilməsində Müqavimət və dinlərarası dinc yanaşı yaşamın rolunu önəmli adlandırıb və deyib: Müqavimət Livan və region üçün başucalığı və müxtəlif məzhəblər və tayfaların davamçıları arasında dinc yanaşı yaşam üçün bir nümunədir.Livan Hizbullahının baş katibi də bu görüşdə Müqavimət və Livan Hizbullahının region xalqlarına qarşı yönəlmiş təhdidlər ilə mübarizəsinə işarə edərək, deyib: Müqavimət Livan və regionu həqiqi düşmənlərin təhlükəsindən qorumaq niyyətindədir. Bu düşmənlər dinc yanaşı yaşamı hədəfə alaraq, həmrəylik, sülh və təhlükəsizliyə zərbə vurmağa çalışırlar.