Suriyada bufer zonanın yaradılması bu ölkənin milli hakimiyyətinin pozulması deməkdir
Avq 13, 2015 17:22 Asia/Baku
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Suriyanın daxilində bufer zonanın yaradılmasını bu ölkənin milli hakimiyyətinin pozulması adlandırıb.
Hüseyn Əmir Abdullahiyan İRİB ilə müsahibədə deyib: Suriya və qonşu ölkələrin təhlükəsizliyinə yalnız o zaman zəmanət verilmiş olacaq ki, bəzi oyunçular terrorizmdən bir vasitə kimi istifadə etməkdən əl çəksinlər və ifratçılıq ilə mübarizədə ciddi əzmkarlıq və iradə nümayiş etdirsinlər.İranın xarici işlər naziri müavini Suriya böhranının yalnız siyasi həll yoluna malik olduğunu vurğulayıb və deyib: İran xarici işlər nazirinin Suriyaya səfəri zamanı, Suriya prezidenti Bəşşar Əsəd terrorizm ilə mübarizə və siyasi proseslərin gedişatı barədə dəyərli və konstruktiv təkliflər və ideyalar səsləndirib.