Avq 14, 2015 15:32 Asia/Baku
  • Tehranın cümə namazı xətibi: Nüvə anlaşması İranın anti-ABŞ mövqeyinə təsir göstərməyəcək
    Tehranın cümə namazı xətibi: Nüvə anlaşması İranın anti-ABŞ mövqeyinə təsir göstərməyəcək

Tehranın cümə namazı xətibi Ayətullah Əhməd Cənnəti İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasının İran İslam Respublikasının anti-ABŞ mövqeyinə heç bir təsir buraxmayacağını bildirib.

Tehranın müvəqqəti imam cüməasi Ayətullah Əhməd Cənnəti bu gün cümə namazı xütbələrində deyib: İran İslam Respublikasının anti-ABŞ mövqeyi nüvə anlaşmasının ardınca dəyişməyəcək. Çünki, ABŞ-ın İran xalqı və dövləti ilə düşmənçiliyi davam edir.
Ayətulah Cənnəti əlavə edib: İran məzlumları xüsusilə də Fələstin və Livan xalqını himayəni davam etdirir və bu yolda Qərbin xəbərdarlıqlarına da əhəmiyyət vermir.
Tehranın müvəqqəti imam cüməsi daha sonra İranın nüvə müzakirə heyətinin səylərini yüksək qiymətləndirib və nüvə müzakirələrinin nəticəsinin aydınlaşmasına və anlaşmanın əldə olunmasına təkid edib.
Ayətullah Əhməd Cənnəti həmçinin deyib: Bu siyasi qruplara aid olan məsələ deyil. Bu, bütün İran xalqına aid olan bir məsələdir. Buna görə də, bu yolda uğurun əldə olunmasına səy göstərməlidir.
Tehranın bu günkü imam cüməsi qarşıdan gələn parlament və xübraqan məclisi seçkilərinə də işarə edərək, ölkə rəsmilərindən istəyib ki, xalqın iqtisadi problemlərinin həlli istiqamətində səy göstərsinlər.
Ayətullah Cənnəti həmçinin deyib: Əhl Beyt(ə) Assambleyasının 6-cı iclası dünyanın 130 ölkəsindən gəlmiş 700 qonağın iştirakıilə sabah Tehranda işə başlayacaq.

Teqlər