İran XİN-in bəyanatı
Avq 15, 2015 09:12 Asia/Baku
-
İran XİN-in bəyanatı
İran Xarici İşlər Naziriliyi bildirib ki, Livan İslam Müqavimətinin sionist rejim qarşısında qələbəsi Livan xalqının bütün təbəqələrinin birliyi və həmrəyliyinin nəticəsidir.
İran Xarici İşlər Naziriliyi Livan İslam Müqavimətinin 2006-cı ildə sionist rejim qarşısında qeyri-bərabər döüyşdəki zəfərinin ildönümü günü münasibəti ilə bir bəyanat yayaraq, Livanın dövləti, xalqı, ordusu, Müqaviməti, xüsusən Livan Hizbullahının baş katibinə müraciətlə vurğulayıb: İran İslam Respublikası bu qənaətdədir ki, təkcə müxtəlif livanlı tayfalar arasında birlik Livanın sabitliyi, təhlüksəsizli və dincliyinə zəmanət verə və bu ölkəni təkfirçi, terrorçu qruplar və saxta İsrail rejiminin hər cür hədəsindən qoruya bilər.Bəyanatda deyilir: Müqavimətin sionist düşmən qarşısındakı önəmi inkaredilməzdir və 33 günlük müharibə Livan xalqının təpədən-dırnağadək silahlanmış sionist rejim qarşısında müqavimət və düdrətinin simvolu idi və şübhəsiz, Livan xalqı bu qələbənin şirinliyini daim xatırlayacaqdır.
Bəyanatda bir daha daxili birlik əsasında Livanın siyasi prosesinin təkmilləşdirilməsinin dəstəkləndiyi vurğulanıb.
Sionist rejim ordusu 2006-cı il iyulun 12-də 33 gün ərzində Livana qarşı müharibə apardı, lakin bu rejim özünün heç bir hədəfinə çata bilmədi.