İraqçı: İstənilən nüvə ssenarisinə hazırıq
Avq 16, 2015 10:24 Asia/Baku
-
İraqçı: İstənilən nüvə ssenarisinə hazırıq
İran xarici işlər nazirinin müavini Amerikalı senatorların nüvə anlaşması ilə bağlı səsləndirdikləri fikirlərə cavab olaraq deyib: İran mümkün olan bütün ssenarilərlə bağlı öz hazırlığını qoruyub və hər hansı bir hadisə baş verərsə, İran ona uyğun qərar qəbul edəcək.
Seyid Abbas İraqçı şənbə günü İRNA müxbiri ilə müsahibədə bəzi amerikalı senatorların, nüvə anlaşmasının Senat tərəfindən qəbul edilməyəcəyi təqdirdə, iranlıların müzakirə masasına qayıtmayacaqları barədə son açıqlamalarına işarə edib və deyib: Gələcək hadisələrlə bağlı, hadisələrin proqnoz ediləsi olmamasını nəzərə alaraq, indidən fikir bildirmək doğru olmaz. Çünki, qərarların qəbul olunması prosesi, anlaşmanın ölkə parlamentlərində qanuni mərhələdən keçməsindən asılıdır.İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı əlavə edib: İran İslam Respublikası istənilən növ ssenari ilə üzləşməyə hazırdır.
İraqçı 5+1 qrupu ilə nüvə müzakirələrində əldə edilən yekun nəticənin araşdırılması üçün İran İslam Şurası Məclisinə verilməsi barədə də deyib: Bu xüsusda xarici işlər nazirliyi deyil, dövlət məsuliyyət daşıyır.