İraqçı: Məhdudiyyətlər və nəzarətlər əlavə protokol çərçivəsindədir
Avq 17, 2015 19:55 Asia/Baku
-
Seyid Abbas İraqçı
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Hərtərəfli Müştərək Addım Proqramı əlavə protokol çərçivəsində olub və bütün məhdudiyyətlər və nəzarətlər də həmin protokoldan kənar deyil.
İRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı bu İranın nüvə fəaliyyətlərinə nəzarət forması barədə deyib: Hərtərəfli Müştərək Addım Proqramında əlavə protokoldan kənar heç bir məhdudiyyət və nəzarət mövcud deyil.İraqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin casusluq fəaliyyəti ehtimalı barədə də deyib: AEBA öncədən, təftişlər aparmaq üçün İrana gələcək müfəttişlərinin adlarını bizə açıqlayacaq və bu şəxslər İranın təhlükəsizlik orqanları tərəfindən yoxlanılacaqlar.
İranın xarici işlər nazirinin müavini əlavə edib: İranın təhlükəsizlik orqanları bu şəxsləri təsdiq etdikdən sonra, Xarici İşlər Nazirliyi onlara ölkəyə giriş icazəsi verəcək.
İraqçı əlavə edib: Bu üzdən AEBA tərəfindən İrana göndərilməli olan hər bir müfəttiş yalnız həmin şəxslər arasından seçilməlidir. Bu qrupa daxil olmayan şəxslərin təftiş aparmaq üçün ölkəyə gəlişinə icazə verilməyəcək.