S-300 zenit raket qurğuları İrana veriləcək
Avq 18, 2015 10:18 Asia/Baku
-
S-300 zenit raket qurğuları İrana veriləcək
İranın müdafiə naziri S-300 zenit raket qurğularının yenilənmiş nümunəsinin İran İslam Respublikasının ixtiyarına veriləcəyindən xəbər verib.
İRİB-nin məlumatına görə, general-mayor Hüseyn Dehqan 22 avqust, İranda "Müdafiə Sənayesi" günü münasibətilə və dövlət həftəsi ərəfəsində S-300 zenit raket qurğularının İrana təhvil verilməsi barədə deyib: Rusiya rəsmiləri bildiriblər ki, S-300 zenit raket qurğularının təhvil verilməsi ilə bağlı İran ilə imzalanmış müqaviləyə sadiqdirlər.General-mayor Hüseyn Dehqan əlavə edib: İran və Rusiya rasındakı yeni əməkdaşlıq atmosferində S-300 zenit raket qurğularının İrana təhvil verilməsi müdafiə nazirliyinin gündəminə daxil edilib və ruslar elan ediblər ki, bu zenit raket qurğusunun texnologiyasına bir sıra dəyişikliklər etməklə onu daha da müasirləşdiriblər və bu raket qurğuları İrana təhvil veriləcək.
İranın müdafiə naziri əlavə edib: S-300 zenit raket qurğusunun İrana təhvil verilməsi ilə bağlı yeni müqavilə hazırlanıb və cari həftə ərzində və ya gələn həftə bu müqavilə tərəflər arasında imzalanacaq və S-300 zenit raket qurğuları İrana təhvil veriləcək.
Teqlər