Doktor Sərəfraz: Məclis əhatəli müştərək addım proqramının araşdırılmasında tarixi rol oynayır
Avq 20, 2015 09:22 Asia/Baku
İran Teleradio Təşkilatının sədri deyib ki, İslam Şurası Məclisi müştərək addım proqramının araşdırılmasında tarixi rol oynayır.
İran Teleradio Təşkilatının sədri doktor Məhəmməd Sərəfraz çərşənbə günü İsfahan ostanının İslam Şurası Məclisindəki nümayəndələr fraksiyasının üzvləri ilə görüşdə İslam Şurası Məclisi üzvləri tərəfindən əhatəli müştərək addım proqramı barədə irəli sürülmüş cəhətlərin İranın Teleradio Təşkilatı üçün bir yolaçan amil olduğunu deyərək, əlavə edib: Amerikada da senat üzvləri əhatəli müştərək addım proqramını araşdırmaqdadırlar.İran Teleradio Təşkilatının sədri amerikalıların əhatəli müştərək addım proqramı barədə cərəyan yaratma tərzini bəyan edərək, deyib: Onlar ilk mərhələdə öz müxalifətlərini elan edəcəklər və sonrakı mərhələdə əgər Amerika prezidenti nümayəndələrin müxalifətini veto edərsə, o zaman növbə o biri mərhələyə çatacaqdır ki, onda nümayəndələrin 34 səsi əldə olunmalıdır.
Doktor Sərəfraz sonra deyib: Amerika dövləti İranla nüvə razılaşması barədə geniş təbliğata başlayıbdır və incəsənət xadimlərindən müvafiqlər kimi və qısa proqramlar formasında istifadə edirlər. Digər tərəfdən, Amerikada əhatəli müştərək addım proqramı ilə müxalif olan nümayəndələr bu layihənin səs qazanmamasına çalışırlar.
İran Teleradio Təşkilatının sədri sonra deyib: Amerikalılar bu qənaətdədirlər ki, əhatəli müştərək addım proqramının bəzi hissələri ilə müxalifət etsinlər və bununla daha artıq imtiyaz əldə edilmiş olsun və əslində Amerikanın televiziya kanalları bir tərəfdən, sionist lobbi də digər tərəfrən, öz təbliğat və proqramlarını yayaraq, əhatəli müştərək addım proqramı ilə razılıq və müxalifət üzrə geniş fəaliyyət göstərirlər ki, bunların hamısı İrandan daha çox imtiyaz almaq məqsədini güdür.
İran Teleradio Təşkilatının sədri ABŞ-ın regiondakı siyasi və hərbi planları barədə də deyib ki, amerikalıların regiondakı hədəfləri, Suriya, Yəmən və İraqı parçalamaqdır və İran İslam Respublikası Amerikanın bu planına qarşı çıxaraq, müqavimət mehvəri və dialoqunu dəstəkləyir.