Şəmxani: Düşmənlərin fitnələrinin zərərsizləşdirilməsi Vilayəti Fəqihin ardınca getməklə mümkündür
Avq 20, 2015 13:43 Asia/Baku
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Vilayəti Fəqihə tabe olmaq və birlik, düşmənlərin fitnələrindən uğurla və başıucalıqla keçmək üçün zəruridir.
IRNA-nın məlumatına görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani cümə axşamı günü İranın Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbriz şəhərində deyib ki, müqəddəs müdafiə dövrünün cihadlıq əhval-ruhiyyəsi düşmənlərin nakam qalmalarına səbəb oldu.O, əlavə edib: Düşmənlərin hazırkı fitnələrini adlamaq üçün müqəddəs müdafiə dövrünün cihadlıq əhval-ruhiyyəsi və birlik zəruridir.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi həmçinin Azərbaycanın şəhid sərkərdələrinin müqəddəs müdafiə dövrünün idarə olunmasındakı mühüm və təsirli rollarına işarə edərək, şəhidlərin qanlarıın qorunması vacibliyini vurğulayıbdır.