Avq 21, 2015 15:26 Asia/Baku
  • Tehranın cümə namazı
    Tehranın cümə namazı

Tehranın müvəqqəti imamcüməsi deyib: Nüvə razılaşmasının mənası bu deyildir ki, daha Amerika ilə barışdığımızı fikirləşək, zira bu fikir yanlışdır və məgər Amerikanın törətdiyi cinayətlərlə barışmaq olar?

Iran tələbələrinin xəbər agentliyi ISNA-nın məlumatına görə, ayətullah Movəhhedi-Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində İranın 5+1 qrupu ilə nüvə razılaşmasına işarə edərək, deyib: Bu müzakirələrdə İran dünyada bir superqüdrət kimi irəli sürüldü. İranın güclü məntiqi dünyanın qulağına çatdı və İranın məzlumluğu və sanksiyaların zalımcasına olması aydınlaşdı.
O, sonra deyib: Hamıya sübut oldu ki, İran nüvə silahı ardınca deyil və Amerika da elə fikirləşməsin ki, İrandan öhdəliklər aldı və elə bir iş gördü ki, İran nüvə silahı düzəldə bilməsin. Belə deyil, bizim dinimiz belə bir işə icazə vermir.

Teqlər