İran prezidentinin iştirakı ilə Fateh-313 raketinin təqdimatı keçirilib
Avq 22, 2015 10:08 Asia/Baku
-
İran prezidentinin iştirakı ilə Fateh-313 raketinin təqdimatı keçirilib
İran prezidenti Həsən Ruhaninin iştirakı ilə və Müdafiə Sənayesi günü ilə bir vaxtda Fateh-313 raketinin təqdimatı keçirilib. Mərasim İran Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatında keçirilib.
Bu gün, avqustun 22-si, İran İslam Respublikası təqvimində Müdafiə Sənayesi günüdür.500 kilometrlik mənzilə malik Fateh-313 raketi İran Müdafiə Nazirliyinin Hava-Kosmos Təşkilatının alimləri, tədqiqatçıları və mütəxəssisləri tərəfindən, daxili və xarici imkanlardan və yerli texnologiyadan bəhrələnməklə konstruksiya edilərək, düzəldilibdir.
Fateh tipli raketin yeni növü sayılan Fateh-313 raketinin konstruksiyasında onun korpusunun yüngülləşdirilməsindən əlavə, bərk yanacaq üzrə modern elektrik gərginliyi qoruyucularından istifadə edilibdir.
Fateh-313 raketinin uğurla sınaqdan keçirilməsindən sonra onun iri həcmdə istehsalı İran Müdafiə Nazirliyinin gündəminə salınıbdır.
Bu raketin istehsalı ilə İran 500 kilometrlik mənzilə malik bərk yanacaqla işləyən raketə malik az sayda ölkələr sırasına qoşulub.