Avq 22, 2015 10:55 Asia/Baku
  • İran Sülh və Dostluq Kuboku üzrə beynəlxalq karate yarışlarının qalibi olub
    İran Sülh və Dostluq Kuboku üzrə beynəlxalq karate yarışlarının qalibi olub

İranın Milli Karate Komandası 51 müxtəlif medalla Urmiyyə şəhərində keçirilən Sülh və Dostluq Kuboku üzrə beynəlxalq karate yarışlarının qalibi olub.

IRIB-nin məlumatına görə, cümə gecəsi İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyyə şəhərində keçirilən Sülh və Dostluq Kuboku üzrə 11-ci beynəlxalq karate yarışlarında İranın Milli Karate Komandası müxtəlif yaş qruplarında 15 qızıl, 17 gümüş və 19 bürünc medal daxil olmaqla 51 medal qazanaraq, yarışların qalibi olub.
İran komandasından sonra Türkiyə komandası 3 qızıl, 2 gümüş və 2 bürünc medalla ikinci, Azərbaycan Respublikası komandası da 2 qızıl, 1 gümüş və 10 bürünc medalla üçüncü olubdur.
Küveyt komandası 1 qızıl, 1 gümüş və 5 bürünc medalla dördüncü olub.
Əfqanıstan 3 bürünc, Fransa komandası isə 1 bürünc medalla beşinci və altıncı yerlərdə durublar.
Sülh və Dostluq Kuboku üzrə 11-ci beynəlxalq karate yarışlarında Fransa, Azərbaycan Respublikası, Küveyt, İraq, Əfqanıstan və İran idmançıları iştirak ediblər.

Teqlər