İran prezidenti Müdafiə Sənayesi günü mərasimində çıxış edib
Avq 22, 2015 09:45 Asia/Baku
-
İran prezidenti Müdafiə Sənayesi günü mərasimində çıxış edib
İran prezidenti deyib ki, İslam dini və İran quruluşu demokratikdir və müharibə və təcavüz ardınca deyil.
İran prezidenti Həsən Ruhani Tehranda Müdafiə Sənayesi günü mərasimində deyib: İslam mərhəmət dini kimi nur saçdığı zaman müdafiəni savaşın yerinə qoydu və bütün İslam cihadları, hətta İslamın müdafiə döyüşləri müdafiə cihadıdır.İran Milli Təhlükəsizlik Ali Şurasının sədri vurğulayıb: Hər bir ölkənin müdafiə sənayesi o ölkənin siyasətini göstərir və İranın müdafiə sənayesi də islami ölkə və vətəni müdafiədir.
Ruhani "Bəzi ölkələr vardır ki, sənaye və doktrinaları təcavüz və digər ölkələrə müdaxilədir" deyərək, əlavə edib: İran İslam Respublikası kitab, sivilizasiya və incəsənət əhlidir və heç vaxt bir ölkəyə təcavüz fikrində olmayıb və deyildir.
İran İslam Respublikası prezidenti söyləyib: Əgər İran təcavüz əhli olsaydı, SSRİ-nin dağılması müdaxilə üçün yaxşı şərait idi, amma İran işlərini qaydaya salmaqda yenicə istiqlaliyyət əldə etmiş ölkələrə kömək etdi.
İranın icra hakimiyyətinin sədri vurğulayıb: İran İslam Respublikasının strategiyasının əsası, çəkindiricilik, müdafiə və gərginliyin aradan qaldırılması siyasəti, dünya ilə inteqrasiya və etimadyaratmadır.
Ruhani eyni zamanda, vurğulayıb: İranın gərginliyin aradan qaldırılması siyasəti müdafiə qüdrəti və müdafiə sənayesi ilə ziddiyyət təşkil etmir, zira başqaları ilə o zaman danışmaq olar ki, qüdrətli və güclü olmuş olasan.
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri bildirib ki, hər bir ölkənin milli qüdrəti siyasi, iqtisadi, mədəni və hərbi qüdrət məcmuəsidir. O, deyib: Çəkindiricilik qüdrəti təkcə hərbi qüdrətlə əldə olunmur, əksinə iqtisadi, siyasi və mədəni qüdrətə də ehtiyaclıdır.
İran İslam Respublikası prezidenti həmçinin İranla Altılıq qrupu arasındakı nüvə müzakirələrinə toxunaraq, söyləyib: İran öz siyasi bacarığına söykənərək, bütün ölkələrin razı qaldıqları bir razılaşmaya nail oldu. Yalnız təcavüzkar, militarist və qanunsuz sionist rejim İranın nüvə razılaşması ilə müxalifdir.
Ruhani bildirib ki, İranın müdafiə qüdrətinin gücləndirilməsi əsla dayanmayacaq və İran müdafiə sahəsində lazım duyduğu hər bir şeyi düzəldəcəkdir. O, əlavə edib: İran ilə 5+1 qrupu arasındakı nüvə razılaşması dünyanın razı qaldığı "uduş-uduş" siyasətinin reallaşmasıdır.
Teqlər