Avq 23, 2015 17:49 Asia/Baku
  • Laricani: Zənginləşdirmə haqqının təsbiti İran üçün mühümdür
    Laricani: Zənginləşdirmə haqqının təsbiti İran üçün mühümdür

İran İslam Şurası Məclisinin sədri deyib: İranda uranın zənginləşdirilməsi haqqının təsbiti mühüm iş və hədəf idi və onu pozmaq olmaz.

Fars xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Tehranda həkim gününün qeyd olunması mərasimində nüvə məsələsinə toxunaraq, əlavə edib: Nüvə müzakirələrində məqsəd, İranın zənginləşdirmə haqqının etiraf edilməsi idi və hazırda bu haqq təsbit olunubdur.
Laricani deyib ki, qərblilər keçmişdə və müzakirələrdə uranın İranda zənginləşdirilməsi məsələsini qəbul etmirdilər.
O, əlavə edib: İranın nüvə müzakirəçilərinin səyləri ilə qarşı tərəf İranın nüvə zənginləşdirilməsi haqqını qəbul etdi.
İran İslam Şurası Məclisinin sədri İrana qarşı bütün sanksiyaların ləğv olunmasına işarə edərək, deyib: İran çalışır sanksiyalar bir yerdə ləğv olunsun ki, mütləq zaman keçdikcə sanksiyalar ləğv ediləcəkdir.
Laricani faydalı nüvə razılaşması sənədinin pozulmamalı olduğunu vurğulayaraq, bildirib ki, nüvə müzakirələri gedişinin külliyatı və İranın zənginləşdirmə haqqının qəbul edilməsi qənaətbəxş məsələ və yaxşı bir hədəfdir.

Teqlər