Böyük İnqilab Rəhbəri hökumət kabineti üzvlərini qəbul ediblər
Avq 26, 2015 18:51 Asia/Baku
-
Böyük İnqilab Rəhbəri hökumət kabineti üzvlərini qəbul ediblər
İslam İnqilabının Böyük Rəhbəri prezident Həsən Ruhani və hökumət kabinet üzvlərini dövlət həftəsi münasibəti ilə qəbul ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Uzma Xamenei bu gün prezident Ruhani və hökumət kabinet üzvlərini qəbul ediblər. Qəbulu zamanı o həzrət İran xalqı və ölkənin məsul rəsmilərinin düşmənlərin fitnələri qarşısında ayıq-sayıq olmalarını istəyiblər. Dövlət həftəsi münasibəti ilə çərşənbə günü Tehranda baş tutan bu görüşdə Həzrət Ayətullah Əl-Uzma Xamenei cənabları İranla Altılıq ölkələrinin nüvə müzakirələrini mühüm bir olay adlandırıb və bütün problemlər və məsələlərin aradan qaldırılmasının üzərində dayanaraq xalqın düşmənlərin İrana nüfuz etmə planları ilə bağlı ayıq-sayıq olmalarını istəyiblər. Böyük İnqilab Rəhbəri nüvə mübahisəsi haqda düşmənlərin hədəflərinə laqeyd yanaşma ehtimalını böyük nigaranlıqlardan biri adlandırıb və vurğulayıblar: İslam İnqilabının ilk günlərindən bəri sionistlər və amerikanların İİR və İslam inqilabına qarşı düşmənçilikləri azalmayıb və ölkənin məsul rəsmiləri heç bir vəchlə bu reallığı unutmamalıdırlar. Düşmənin dolaşıq və aram nüfuzu qarşısında xalqı və ölkə rəsmilərinin ayıq-sayıq olmalarını vacib sayan böyük inqilab rəhbəri xatırladıblar: Hər bir vəziyyətdə inqilabçı mövqeyin tutulmasında şəffaf addım atmaq və düşmən qarşısında inqilab və İmam Xomeyni (r.ə) həzrətlərinin mövqeyini qorxmadan bəyan etmək lazımdır. İslam İnqilabının Böyük Rəhbəri çıxışının digər bir hissəsində İranın sürətli elmi inkişafının mühafizə edilməsinin zəruriliyinin üzərində dayanaraq mədəniyyət ərsəsinin İslam inqilabı və İmam Xomeyni(r.) Həzrətlərinin prinsip və şüarları əsasında idarə edilməsini vurğulayıblar. İqtisadiyyatı ölkənin inkişafının əsas prioritetlərindən sayan Böyük İnqilab Rəhbəri əlavə olaraq deyiblər: Elm İranın həqiqi inkişaf infrastrukturudur və bu yolda sərmayə yatırdılsa ölkənin gələcəyi üçün bir sərmayəyə çevriləcək. Böyük İnqilab Rəhbəri müqavimətli iqtisadın davam etməsini mühüm mövzulardan biri sayıb və vurğulayıblar: Hər hansı bir proqramlaşdırma hökumətin diqqət mərkəzində qərar tutmalıdır və müqavimətli iqtisadiyyatın qərargah fondu təşkil edilməlidir. İslam İnqilabının Böyük Rəhbəri İranın o zamankı prezidenti şəhid Məhəmmədəli Rəcayi və baş nazir şəhid Məhəmmədcavad Bahonərin şəhadət günlərinin Dövlət Həftəsi adı ilə dəqiqləşməsini o iki şəhidin rəftarı, fikri və şəxsiyyətinin yaşamasının göstəriciləri adlandırıblar. İslam İnqilabının böyük Rəhbəri eyni halda 8-ci məsum imam Həzrət İmam Rza(ə)-ın səadətli mövludunun ildönümü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edərək bu böyük bayramın dövlət həfətsi ilə təsadüf etməsini əlamətdar bir hadisə adlandırıb və buyurublar: İranda Həzrət İmam Rza (ə)-ın pak ziyarətgahının olması İranın xalqı üçün böyük bir şərəfdir və bu ölkəyə başıucalıq gətirir. Və əlimizdən gələn qədər onun müqəddəsləşməsi və əziz tutulması yolunda xeyli çalışmalıyıq.