Avq 28, 2015 09:01 Asia/Baku
  • AB İranla enerji sahəsində sazişin əldə olunması üçün danışıqlar aparır
    AB İranla enerji sahəsində sazişin əldə olunması üçün danışıqlar aparır

Avropa Birliyi İranla gələcəkdə enerji sahəsində müqavilələrin imzalanmasına zəmin yaradacaq siyasi razılaşmanın əldə olunması istiqamətində iş aparır.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Blumberq”ə vəziyyətlə yaxından tanış olan mənbələr məlumat verib.
Məlumata görə, qeyd olunan razılaşmanın artıq noyabrda imzalanması gözlənilir.
“Blumberq” Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün yeni qaz tədarükçülərinin axtarışında olduğunu qeyd edir. Qaz ixracatçı ölkələri forumunun baş katibi Hüseyn Adeli bundan əvvəl İranın Avropa Birliyinin qaza artan tələbatını ödəmək iqtidarında olduğunu qeyd edib.
Mənbə sazişlərin beş sahəni əhatə edəcəyini qeyd edib. Buraya neft-qaz, bərpa olunan enerji mənbələri, enerji bazarı, energetika infrastrukturu və İranın energetika sahəsinə birbaşa sərmayə qoyuluşu daxildir.

Teqlər