Tehranın cümə namazı xütbələri
Avq 28, 2015 15:46 Asia/Baku
Tehranın cümə namazı xətibi BMT-nin və digər beynəlxalq təşkilatların günahsız Yəmən xalqının qırğın edilməsi qarşısında susmalarından təəssüf ifadə edib.
Tehranın cümə namazı xətibi höccətulislam vəlmuslimin Kazem Seddiqi Ali-Səud rejiminin günahsız Yəmən xalqına qarşı hava hücumları və bu xalqın qırğın edilməsinin davam etməsinə toxunaraq, deyib: Yəmən xalqı heç bir günah işləmədən aylarla səudiyyə hərbçilərinin ağır atəşləri altındadır.Höccətulislam vəlmuslimin Seddiqi Ali-Xəlifə rejimi hərbçilərinin Bəhreyn xalqına qarşı hücumları barədə də belə deyib: Bu ölkə xalqına qarşı hərbi hücum yalnız bu xalqın öz müqəddəratının təyinində iştirakına görədir.
Tehranın cümə namazı xətibi vurğulayıb: Regionun hazırkı məsələlərinə görə, Amerika və müttəfiqləri İraq, Suriya və Yəmənin parçalanmasını istəyirlər.
Höccətulislam vəlmuslimin Seddiqi həcc və zəvvarların vəhy diyarında iştirakları barədə deyib: Həcc hicrət və dünyəvi bağlılıqların kəsilməsidir.
Tehranın cümə namazı xətibi bildirib ki, İslam dünyasının əsas mehvəri, Fələstindir. O, həcc mərasimində İŞİD problemi, amerikan İslam və London şiəliyi məsələlərinin açıqlanması və dilə gətirilməsini istəyərək, söyləyib: Hamı İslamın mehribanlığı ilə tanış olmalıdır.
Höccətulislam vəlmuslimin Seddiqi deyib: Həcc mərasimi islami birliyin daha da güclənməsi ilə nəticələnməlidir.
O, həmçinin nüvə müzakirələrinə və İslam İnqilabının Böyük Rəhbərinin bu barədəki xəbərdarlıqlarına işarə edərək, söyləyib: İslam İnqilabının Böyük Rəhbərinin dahiyanə xəbərdarlıqları həmişə müzakirələrdə vaxtında olubdur və bu xəbərdarlıqlarla dövlət müzakirələri bir yerə çatdıra və yorucu mərhələlərdən çıxara bildi ki, bu addım təşəkkürə layiqdir.
Tehranın müvəqqəti imamcüməsi vurğulayıb: Düşmən sanksiya və nüvə razılaşmasının arxasında İrana nüfuz etmək ardıncadır və 2009-cu il fitnəsi hadisələri kimi İran xalqı arasında bir neçə dəstəlik və şəkk-şübhə yaratmaq ardıncadır.
Höccətulislam vəlmuslimin Seddiqi əlavə edib: Düşmən qədim zamanlardan bəri mədəniyyət sahəsində əlindən gələni edibdir və bu gün də düşmənin mədəni savaşdakı bütün səyi budur ki, İran xalqını inqilabi əhval-ruhiyyədən, İmam Xomeyni(rə)-in kəlamlarından, dünyanın zalım qüvvələri və küfrlə mübarizədən, eləcə də şəhadətsevərlikdən çəkindirsin.