İranda dərman istehsalı üçün "10 təmiz otaq" işə salınıb
https://azeri.sahartv.ir/news/İran-i197181-İranda_dərman_istehsalı_üçün_10_təmiz_otaq_işə_salınıb
İranın səhiyyə naziri ilin sonunadək bütün ölkədə yüksək texnologiya ilə dərman istehsalı məqsədilə modern on təmiz otağın işə salınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2015 11:51 Asia/Baku
  • Həsən Haşemi
    Həsən Haşemi

İranın səhiyyə naziri ilin sonunadək bütün ölkədə yüksək texnologiya ilə dərman istehsalı məqsədilə modern on təmiz otağın işə salınmasından xəbər verib.

IRIB-nin məlumatına görə, doktor Seyid Həsən Haşemi ölkənin ən böyük "on təmiz otağı"nın açılması kənarında müxbirlər qarşısında ölkənin inkişaf üçün hər bir şeyə malik olduğunu bildirərək, deyib ki, ilin sonunadək daha on digər otaq istifadəyə veriləcək.
İranın səhiyyə naziri əlavə edib: Bu otaqlar dərman və texnoloji məhsulların istehsalı üçün ilkin büdcəyə malik olmayan gənclərin texnologiya və tədqiqat işini yerinə yetirə bilmələrinə kömək edəcək.