Qondarma İsrail rejimi dövlət terrorizminin bariz nümunəsidir
Avq 31, 2015 09:43 Asia/Baku
-
prezident Ruhani
İran prezidenti Həsən Ruhani deyib: Bəzən terrorizm bir qurum və təşkilatdan artıq ayağını uzadır və hökumətlərin bir qrupu terror əsasında əmələ gəlir və belə hesab edirlər ki, terror onun həyatına zəmanət verir.
Qondarma Sionist rejim dövlət terrorizminə bariz nümunədir.Müxbirimizin məlumatına əsasən terrorçu hərəkətlərin qurbanı 17 min şəhid adı-altında keçirilən ikinci beynəlxalq konqresdə bu məqama toxunan prezident Həsən Ruhani bu konqres qonaqlarını salamlayaraq konqres təşkilatçılarına öz təşəkkürünü bildirib və deyib: Terrorizmin aşkar nümunələrindən biri münafiqlər təşkilatıdır. Bu təşkilat özünü xalq mücahidləri adı ilə aparırdı ki xalqımız və dövlətimiz onun tərəfindən törədilən müxtəlif cinayətlərin şahidi olmuşdur.
İran prezidentinin sözlərinə görə qondarma İsrail rejimi əvvəldən öz təməlini işğal, terrorçuluq , dəhşət, qorxu yaratma ilə qoydu və hal-hazırda isə insanlığa qarşı olan bu siyasətini davam etdirməkdədir.
İran prezidenti əlavə olaraq deyib: Bir qrup cahil və təəssübkeş qrup din və ayini bəhanə qərar verərək kobudluq yaradır və onların istəyinə xilaf çıxan şəxsi kafir hesab edir. Sonra da ona qarşı kobud rəftar etməyə və ya terror edilməsinə hökm çıxarır.
Müasir dövrümüzdə belə bir nümunələrə rast gəlirik və regionda onun şahidi oluruq.
İŞİD, Əl-qaidə, Bokuharam, Taliban və digər qruplaşmalar dediklərimizə aydın nümunələrdir deyə ruhani sözlərinə əlavə edib.
İran prezidenti xatırladıb: Terror rejimi , terror təşkilatı heç zaman seçim yolunda deyil ki səslər qutusuna tərəf hərəkət etsin . seçim əvəzinə qorxu və dəhşət yaratmağı qarşıya məqsəd qoyub. Digər bir tərəfdən terror yolunu seçən kəslər hamısı sülh , anlaşma , dərk və dialoqu xəyanət hesab edir.
Teqlər