Avq 31, 2015 18:07 Asia/Baku
  • Məhəmməd Sərəfraz
    Məhəmməd Sərəfraz

İran Tele-Radio təşkilatının sədri bu gün səhər çağı Tehranda Farabi xəstəxanasında yaralı jurnalisti ziyarət edib.

Məhəmməd Sərəfraz Suriyada yaralanmış iranlı jurnalist Məhəmmədhəsən Hüseynini ziyarət etdikdən sonra deyib: Hərbi məntəqələrə ezam olunan döyüşçülər virtual savaşın döyüşçüləri olaraq ağır cəbhə xətlərində də yaralanırlar. Həmin jurnalistlər bu məlum hər iki səciyyəyə malikdirlər.
Sərəfraz son vaxtlar Suriyanın cəbhə xəttində yaralanmış jurnalist Seyid Məhəmmədhəsən Hüseynini Farabi xəstəxanasında ziyarət etdikdən sonra jurnalistlər qarşısında söyləyib: Şükürlər olsun ki Seyid Hüseyninin vəziyyəti əla və qənaət bəxşdir bu da sevindirici haldır və bu münasibətlə təbrik etmək lazımdır.
Sərəfraz əlavə olaraq deyib: Milli media ölkələrin savaşlarında şəhid veribdir və onlar medianın böyük missiyasını yerinə yetiriblər. İran Tele-Radio təşkilatının sədri xatırladıb: İŞİD kimi terrorçu qrupların bəzi qüvvələrdən o cümlədən Sionistlərdən asılı olmaları sübuta yetirilib.
Sərəfraz qeyd edib: İŞİD kimi terrorçu qrupların əsas məqsədlərindən biri daxili və regional savaşlara zəmin yaratmaqdır ki biz onların məhv edilməsini arzulayırıq.
İranın Suriyadakı müxbiri Seyid Məhəmmədhəsən Hüseyni o ölkə ordusunun terrorçulara qarşı əməliyyat hücumlarını əks etdirmək üşüm bir neçə müddət bundan öncədən Suriyada bir jurnalist kimi fəaliyyət göstərir. Hüseyni Suriyanın Laziqiyyə yüksəkliklərində reportaj hazırlayarkən terrorçuların qumbara hücumunda yaralanmışdır.
Yaralı jurnalistin atası da deyib: Heç bir nigaranlığı yoxdur və şəhadətə belə hazırdır.
Jurnalist seyid Məhəmmədhəsən Hüseyni də Farabi xəstəxanasında müxbirimizlə müsahibədə bəyan edib: Bundan qabaq da bizim hər ikimiz cəbhədə olmuşduq və Vəlfəcr 3 əməliyyatında iştirak etmişdik. O xatırladıb: Mənin oğlum bundan öncə də bir neçə dəfə yaralanıb və ya kimyəvi silahlarla zəhərlənib.
Hüseyni xatırladıb: Həkimlərin dediklərin görə oğlumun üzərində bu gün günortadan sonra cərrahiyyə əməliyyatı aparılacaq.

Teqlər