Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu komandanları qarşısında bəyanatı
Sen 01, 2015 17:40 Asia/Baku
-
Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu komandanları qarşısında bəyanatı
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı müxtəlif təhdidlərlə mübarizə üçün İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) Hava Hücumundan Müdafiə Qərargahının hazırlığının artırılması vacibliyini vurğulayıblar.
Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) Hava Hücumundan Müdafiə Qərargahının komandanları və məsul şəxsləri ilə görüşdə ölkənin müdafiəsində bu qərargahın tapşırığı və vəzifələrinə işarə edərək, bildiriblər: Bu qərargah müxtəlif təhdidlərlə mübarizə üçün öz hazırlıq və seçimlərini daimi şəkildə yüksəltməlidir.İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Hava Hücumundan Müdafiə Qərargahının təsisinin ildönümü günü münasibəti ilə keçirilən bu görüşdə əlavə ediblər: Hava Hücumundan Müdafiə Qüvvələrinin tapşırıqlarının həssaslığı və mühüm problemləri belə bir reallıqdan xəbər verir ki, bu qüvvələr kövrək cəhətləri və düşmənin bütün mümkün həll yollarını aşkarlamalı və onların hamısı ilə qarşılaşmaq üçün həll yoluna və konkret proqrama malik olmalıdırlar.
O həzrət xalqın məsul şəxslərə etimadını mühüm əmanət adlandıraraq, bildiriblər: Müxtəlif bölmələrdə və İranın silahlı qüvvələrindəki məsul şəxslər bu etimadın qədrini düzgün şəkildə bilməli və vəzifələrinə əməl etməklə ona cavab verməlidirlər.