Laricani Xorvatiya və Tunisdən olan həmkarları ilə görüşüb
Sen 03, 2015 10:25 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri Nyu-Yorkda öz həmkarları ilə görüşlərinin davamında Xorvatiya və Tunisin parlament sədrləri ilə görüşüb.
IRNA-nın məlumatına görə, dünyanın parlament sədrlərinin 4-cü iclasında iştirak məqsədilə Nyu-Yorkda səfərdə olan İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü axşam bu iclasın kənarında Xorvatiyanın parlament sədri Yuseb Leko ilə görüşdə deyib ki, iki ölkə sənaye, xüsusən enerji sahəsində yaxşı əlaqələrə malik ola bilər və Tehran bu sahədə münasibətləri genişləndirməyə hazırdır.Laricani xorvat həmkarını İrana səfərə dəvət edərək, bildirib ki, bu səfərlə bir zamanda İran iki ölkənin ticarət palatalarının fəaliyyətə başlamasına hazırdır.
Terrorizmi beynəlxalq təhlükə adlandıran İran İslam Şurası Məclisinin sədri qeyd edib ki, bəzi ölkələrin köməyi ilə terrorçular maliyyə və hərbi cəhətdən təmin olunurlar.
Xorvatiyanın parlament sədri də bu görüşdə İranla parlament əlaqələrinin inkişaf etdirilməsini istəyərək, bildirib ki, İranın Altılıq ilə nüvə razılaşması Xorvatiya daxil olmaqla Avropa Birliyi üçün böyük səmərələr gətirib.
İran İslam Şurası Məclisinin sədri həmçinin Tunisin parlament sədri Muhəmməd Əlnasir ilə görüşüb. Laricani bu görüşdə ekstremizm və terrorizmlə mübarizəyə, eləcə də islami ölkələrin birliyinə təkid edərək, bildirib ki, yalnız İslamın düşmənləri müsəlmanlar arasındakı təfriqədən bəhrələnirlər.
Laricani Tunisi İranla dost və qardaş ölkə adlandıraraq, bildirib ki, Tunis xalqı çətin dövrdən keçib və müxtəlif sahələrdə səylər göstərərək, iqtisadi çiçəklənmə dövrünə çatacaq.
Tunisin parlament sədri Muhəmməd Əlnasir də İranı region və dünyada mühüm və qüdrətli ölkə adlandıraraq, bildirib ki, Tunis dost və qardaş İranla əlaqələrinin inkişafı ilə qürur duyur.