Sen 04, 2015 15:14 Asia/Baku
  • Tehranın cümə namazı xütbələri
    Tehranın cümə namazı xütbələri

Tehranın cümə namazı xitabətçisi İran rəsmilərinin Vyana nüvə razılaşmasının icrası prosesində İran xalqının hüquqlarının qorunması istiqamətində sayıq olmaları və açıq mövqe tutmalarını istəyib.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində bəzi amerikalı rəsmilərin Vyana nüvə razılaşmasının icrası prosesində sanksiyalar çərçivəsinin qorunub saxlanılmasına dair sözlərinə toxunaraq, deyib ki, bu hərəkət əhdin pozulmasıdır.



Tehranın müvəqqəti imamcüməsi söyləyib: İran İslam Respublikasının nüvə müzakirələrindəki mühüm hədəflərindən biri, sanksiyaların ləğvi idi. Buna görə, əgər sanksiyalar ləğv olunmayacaqsa, İran da əhdi pozacaqdır, zira daha nüvə zənginləşdirilməsi və sentrifuqaların sayının azaldılmasına bir dəlil görmür.



Ayətullah Xatəmi müştərək addım üzrə əhatəli proqramın icra prosesini ikitərəfli addım adlandırıb və İran İslam Respublikasının əlaqədar rəsmilərinə tövsiyə edib ki, bu proqramın dəqiq icrasında tamamilə sayıqcasına əməl edərək, düşmənin onları aldatmalarına icazə verməsinlər.



Tehranın cümə namazı xətibi bildirib ki, amerikanlar müştərək addım üzrə əhatəli proqram vasitəsilə İrana nüfuz etmək və xalqa yiyələnmək istəyirlər. O, vurğulayıb: Amerikanın dövlət başçıları bilsinlər ki, İran xalqı heç vaxt əcnəbilərə öz ölkəsini qarət etmək icazəsi verməyəcək və zalım qüvvələrin zorakılıqlarına təslim olmayacaqdır.



Ayətullah Xatəmi həmçinin nüvə razılaşmasının İran İslam Şurası Məclisində araşdırılması vacibliyinə işarə edərək, deyib: İran İslam Respublikasının Əsas Qanununa görə, bütün beynəlxalq razılaşmalar məclisdə ratifikasiya olunmalıdır.



Tehranın cümə namazı xətibi zalım ölkələrin inqilabi və islami dəyərlərdən əl çəkməsi və məzlum xalqları dəstəkləməkdən vaz keçməsi üçün İran xalqına qarşı təzyiqləri barədə isə deyib: İran İslam Respublikası terrorçular qarşısında günahsız İraq, Suriya və Livan xalqlarını himayə etməyi davam etdirəcək.

Teqlər