Müştərək proqramı üzrə əhatəli addımın araşdırılması Mehr ayının sonunda baş çatacaq
Sen 05, 2015 14:07 Asia/Baku
İran İsam Respublikası İslam Şurası Parlamentinin sədri Kamissiya iclaslarında İranın Altılıq ölkələri ilə konkret müştərək nüvə fəaliyyət proqramı layihəsinin yoxlanılmasının mehr ayının sonunda başa çatacağını bildirib.
Müxbirimizin verdiyi məlumata əsasən Əli Laricani Nyu-York səfərini başa vurduqdan sonra beynəlxalq parlamentlərarası iclasın nailiyyətlərini izah edib.Laricnai İran İslam Şurası Məclisində İranla Altılıq ölkələrinin konkret müştərək nüvə fəaliyyət proqramının ölkə parlamentində araşdırılması mövzusunun cari günəş ilin mehr ayında başa çatacağından xəbər verib.
İran parlamentinin spikeri İslam İnqilabının Böyük Rəhbərinin İranla altılıq ölkələrinin konkret müştərək nüvə fəaliyyət proqramı layihəsi mövzusunun yoxlanılmasının vacibliyi ilə bağlı fikirlərinə işarə edərək deyib: Bir neçə müddət bundan öncədən İran parlamentdə bərcam layihəsinin yoxlanılması üçün xüsusi komitələrin təşkil edilməsi mövzusu ratifikasiyadan keçdi və mövzunun əhatəli və geniş olmasına görə digər komissiyalar o cümlədən iqtisadi və proqramlaşdırma komissiyaları da bu haqda tədqiq və araşdırma ilə məşğuldurlar.
Laricani habelə özünün Nyu-York səfərinin nailiyyətlərinə işarə edərək xatırladıb: Dünya parlamentləri spikerlərinin 4-cü iclasında parlament sədrlərindən iki nəfəri ilə fikir mübadiləsi apardıq.
İran parlamentinin sədri dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq və dialoq sayəsində regionun bəzi problemlərinin o cümlədən terrorçu-təkfirçi İŞİD qrupunun Yaxın Şərqdəki cinayətlərinin aradan qalxmasına və Yaxın Şərqdə davamlı stabil bir vəziyyətin bərqərar olunmasına ümidvar olduğunu bildirib.