Sen 05, 2015 21:30 Asia/Baku
  • Böyük İnqilab Rəhbəri Kiberməkan Ali Şuranın yeni üzvlərini təyin ediblər
    Böyük İnqilab Rəhbəri Kiberməkan Ali Şuranın yeni üzvlərini təyin ediblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-uzma Xamenei bir hökmdə ölkənin Kiberməkan Ali Şurasının yeni üzvlərini təyin ediblər.

Həzrət Ayətullah əl-Uzma Xamenei bir hökmdə Kiberməkan Ali Şuranın bu sahə ilə bağlı hadisələrlə qarşı-qarşıya durmaqdakı önəminə işarə edərək bu şuranın 10 böyük vəzifə və missiyasının cəhətlərini bəyan ediblər.


Böyük İnqilab Rəhbəri bu hökmdə milli və hərtərəfli səylərin edilməsini , eləcə də yeni akademik fənlərin yaradılması və istifadəsi ilə bağlı müxtəlif texnologiyalar və inkişaf etmiş sənayein yaradılmasının müstəvisində böyük sərmayələrin yatırdılmasını həmçinin kiberməkan və kampüter proqramlarının müxtəlif bölmələrində məsuliyyət hiss edən mütəxəssis və səriştəli insan ressurslarının yetişdirilməsini bu şuranın əsas məsuliyyətlərindən adlandırıblar.


O həzrət habelə ölkə kiberməkanı təhlükəsizliyinin dəqiq və hərtərəfli surətdə mühafizə edilməsinə böyük önəmin verilməsini eləcə də cəmiyyət təbəqələri hüdudlarının qorunması və bu sahədə əcnəbilərin nüfuz qüdrəti və təcavüzüsnün əleyhinə ciddi mübarizənin vacibliyini vurğulayıblar.


İslam İnqilabının Böyük Rəhbəri həmçinin bu hökmdə normal təşviqlər, dəyərlər, islam-İran yaşam tərzinin rəvac verilməsini, ictimai-mədəni fəsadlar və bu sahədə əcnəbilərin nüfuz qüdrətinin əngəlləməsini habelə mədəni sahədə edilən hərtərəfli hücumlar qarşısında möhkəm dayanmağı, istifadə mədəniyyətinin yüksəlməsi və kiberməkanda yazıb-oxumağın diqqət mərkəzində olmasını bu şuranın digər vəzifə və missiyalarından adlandırıblar.


Yda salaq ki ölkənin qanunvericilik , məhkəmə və icra orqanları eləcə də Tele-Radio Təşkilatının sədri və bəzi nazirlər həmçinin ölkənin hərbi komandanlarından bir qrupu Kiberməkan Ali Şuranın üzvləridirlər.


Teqlər