Sen 06, 2015 09:48 Asia/Baku
  • İnqilab Rəhbərinin Qırğızıstan prezidenti ilə görüşdə bəyanatı
    İnqilab Rəhbərinin Qırğızıstan prezidenti ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri Qırğızıstan prezidenti ilə görüşdə İran İslam Respublikasının xarici siyasətinin əsasını islami və region ölkələri arasında hərtərəfli bağlılıqların artırılması adlandırıblar.

Səhər beynəlxalq telekanalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei şənbə günü Qırğızıstan prezidenti Almaz bay Atambayevlə görüşdə vurğulayıblar ki, İran İslam Respublikasının xarici siyasətinin əsası, islami və region ölkələri arasında hərtərəfli əlaqə və bağlılıqların artırılmasıdır.
İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə zorakı qüdrətlərin zorakılıqları ilə müxalifəti ilahi və islami bir prinsip adlandıraraq, bildiriblər ki, hegemonçu və təcavüzkar qüdrətlər daim bütün dünya xalqlarına qarşı fitnə törədirlər, amma İslam müsəlman xalqların başıucalığını istəyir və qüdrətlərin şəri ilə mübarizə və onun dəf olunmasının yeganə yolu, islami ölkələrin əlaqələrinin gücləndirilməsi və müqavimətidir.
O Həzrət həmçinin iki ölkənin həmkarlıqlarının müxtəlif sahələrdə arıtırılmasını mümkün və möhkəm bağlılıqların yaradılması üzrə iradədən asılı biliblər.
Qırğızıstan prezidenti də bu görüşdə Tehran səfərindən fərəh hissi duyduğunu bildirərək, deyib ki, İran və Qırğızıstan müştərək din, tarix və mədəniyyətə malik iki qardaş xalqdır və hər iki xalqda azadlıq və istiqlalsevrlik mövcuddur.
Qırğızıstan prezidenti Minas məntəqəsində Amerikanın hərbi bazasının bağlanmasına və həmin ölkə ilə həmkarlıq müqaviləsinin ləğvinə toxunaraq, deyib ki, dünyada heç bir ölkənin özünü başqasından yuxarı saymağa və başqa ölklərə qarşı zalımcasına sanksiyalar tətbiq etməyə ixtiyarı yoxdur.
Atambayev İranın dövləti və xalqının Amerika qarşısında durmasını yüksək dəyərləndirərək, bildirib ki, İran sanksiyalar qarşısında nəinki zəifləmədi, əksinə daha da möhkəmləndi və İran İslam Respublikasını özümüz üçün bir meyar bilirik.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də bu görüşdə iştirak edibdir.

Teqlər