Sen 06, 2015 13:26 Asia/Baku
  • Əfxəmin Ərəbistan xarici işlər nazirinin sözlərinə reaksiyası
    Əfxəmin Ərəbistan xarici işlər nazirinin sözlərinə reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikası qonşularla dostcasına əlaqələrini dərinləşdirmək üçün heç bir şərt və məhdudiyyət qoymayıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bazar günü Ərəbistan xarici işlər nazirinin Vaşinqtonda verdiyi mətbuat konfransında söylədiyi sözlərin dəyərləndirilməsində IRNA-ya cavabda əlavə edib: İranın qonşuları reallığa zidd sözlər yerinə, Yəmənin günahsız xalqının qırğını, İraq və Suriyada didərginlər dalğasının yaradılması və ifratçı və terrorçu qruplara kömək siyasətinə son qoymalıdırlar.



Əfxəm regionun asayişi və təhlükəsizliyinin qorunmasına köməkdə real və səmərəli mövqelərin tutulması vacibliyini vurğulayaraq, deyib: Analitik əsaslarında da ciddi irad və şübhələrin mövcud olduğu qeyri-düzgün mövzulara israrın region ölkələrinin qarşısındakı fürstələrin hədərə getməsi və cari xoşagəlməz böhranların həlinin təxirə salınmasından başqa heç bir nəticəsi olmayacaq.



İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın dialoq və həmkarlığa hazır olduğunu təkrarlayaraq, əlavə edib: İran daim bütün qonşu ölkələrlə münasibətlərin inkişafı və dinc yanaşı yaşama siyasətini öz xarici münasibətlərinin prioritetlərindən qərar veribdir.



Əfxəm vurğulayıb ki, İran İslam Respublikası region böhranlarının həlli üçün dialoq və siyasi həll yolunu ən yaxşı üsul bilir və zorakılıq siyasətlərinin və başqalarının aradan götürülməsinin əleyhinədir və özünün qonşu ölkəsinə də tövsiyə edir ki, təhlükəli hərbi oyunlar yerinə, dialoqa üz tutsun.



Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr cümə günü Vaşinqtonda keçirdiyi mətbuat konfransında ölkəsinin İran İslam Respublikası ilə əlaqələr qurmaq istədiyini iddia etsə də, İrana qarşı puç ittihamlar irəli sürüb.

Teqlər