Sen 07, 2015 17:02 Asia/Baku
  • Xalxallı müharibə əlili son mənzilə yola salındı
    Xalxallı müharibə əlili son mənzilə yola salındı

Müharibə əlili, 65%-lik üzvünü itirmiş Hacı Məlikəli Xudaqulizadənin dəfn mərasimi bu gün Xalxalda keçirilib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, 1982-ci ildə Bədr əməliyyatında ayağını itirmiş Hacı Məlikəli Xudaqulizadə 33 il əlillik həyatını yaşadıqdan sonra ötən gün ürək çatışmazlığı nəticəsində 65 yaşında öz şəhid yoldaşlarına qoşulub.

Bu əlilin dəfn mərasimi cümə imamı, icra, hərbi və hüquq mühafizə rəsmiləri və minlərlə Xalxal sakinin iştirakı ilə həmin şəhərdə keçirilib.

Tanınmış rəssam və alpinist mayor Məlikəli Xudaqulizadə əlillik dövründə də öz fəaliyyətlərindən uzaqlaşmamış və həmin illərdə İran və dünyanın məşhur dağlarının zirvələrini fəth etmişdir.

O əlillik illərində dəfələrlə Tehranın Dəmavənd, Ərdəbilin Savalan, Şərqi Azərbaycanın Səhənd, Xalxalın Ağdağ və Əcəm zirvələri və Türkiyədə Ağrı və Kenyada Klimancaro zirvələrini fəth edib.

Mərhum Xudaqulizadə incəsənətdə də öz fəaliyyətini dayandırmamış və yüzlərlə incəsənət əsərini yaratmışdır.

Qeyd edək ki, Səhər Beynəlxalq Televiziyası Hacı Məlikəli Xudaqulizadə barəsində sənədli film hazırlamışdır.

Teqlər