İnqilab Rəhbəri Virtual Aləm Ali Şurasının üzvləri görüşdə bəyanat veriblər
Sen 07, 2015 21:01 Asia/Baku
-
İnqilab Rəhbəri Virtual Aləm Ali Şurasının üzvləri görüşdə bəyanat veriblər
İslam İnqilabının Böyük rəhbəri virtual aləmdə maraqlı və məntiqli islam məlumatlarının istehsalının vacibliyini vurğulayıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü prezident və Virtual Aləm Ali Şurasının üzvlərini qəbul ediblər. Görüşdə virtual aləmin müxtəlif sahələr, o cümlədən mədəniyyət, siyasət, iqtisadiyyat, dini inanclar və əxlaq sahələrindəki yumşaq qüdrət olaraq təsiredici roluna toxunan İnqilab Rəhbəri əlavə ediblər: Virtual aləmdə ictimaiyyətin düşüncə və əxlaq təhlükəsizliyini qorumaq üçün münasib və dəqiq dizayn zəruridir.İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Gənc istedadlar və imkanlardan istifadə etmək, doğru siyasət yürütmək, ölçülmüş addımları atmaq, heç bir zaman itirmədən virtual aləm səhnəsində passiv mövqedən çıxmağa doğru hərəkət etmək, aktiv və təsiredici iştirak etmək və məntiqli və maraqlı islam məlumatlarını istehsal etmək lazımdır.
Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Virtual aləmdə aktiv və təsiredici iştirakın tələb etdiyi məsələ icrada zaman itirmədən ciddilik göstərmək, qurumlar arasında koordinasiya etmək və ziddiyyətdən çəkinməkdir.
Rabitə texnologiyası ilə əlaqədar sənayenin genişlənməsi üçün İran hökuməti, xüsusilə də prezidentin elm və texnologiya üzrə müavinliyinin proqramlaşdırma aparması və dəstəkləməsini vacib adlandıran İnqilab Rəhbəri buyurublar: Əsaslı elm şirkətləri tərəfindən bu sənayenin genişlənməsi ölkə iqtisadiyyatında çiçəklənməyə və iş yerlərinin açılmasına yüksək səviyyədə müsbət təsir göstərəcəkdir.