İnqilab Rəhbəri Avstriya heyətini qəbul ediblər
Sen 09, 2015 10:10 Asia/Baku
-
İnqilab Rəhbəri Avstriya heyətini qəbul ediblər
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İran və Avstriya rəsmiləri əlaqələrin daha artıq möhkəmlənməsi üçün proqramlar hazırlamalı və onu izləməlidirlər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü Avstriya prezidenti və onu müşayiət edən heyəti qəbul ediblər.Görüşdə ABŞ-ın İrandakı öz mənafeyini itirdiyinə görə İslam İnqilabı ilə düşmənçiliyinə toxunan İnqilab Rəhbəri bəzi Avropa ölkələrinin Amerikanın İran qarşısındakı düşmənçilik siyasətlərini izləmələrini məntiqsiz adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabının əsas məqsədini Allah yolunda hərəkət etmək, əməllə yanaşı olan ağıl və iman hakimiyyəti sayəsində İran xalqı və bütün insanlar üçün xeyir və səadətin təmini adlandırıb və əlavə ediblər: Əlbəttə bu xeyirxah strategiyanın beynəlxalq səviyyədə müharibə yaratmaq və xalqları bir-birinin canına salmaq ardınca olan düşmənləri vardır. Lakin İranın dövlətlər və xalqlar arasında çox yaxşı və səmimi dostları vardır.
İslam İnqilabının qələbəsindən sonra bəzi Avropa ölkələrinin İranla məntiqsiz düşmənçiliyinə toxunan İnqilab Rəhbəri buyurublar: İslam İnqilabı tam şəkildə amerikalıların ixtiyarında olan İranı onlardan aldı və həmin məsələ Amerikanın İslam Respublikası ilə düşmənçiliyinin səbəbidir. Lakin bəzi Avropa ölkələrinin ABŞ-ın bu siyasətlərini izləmələri məntiqsiz və əsassızdır. Əlbəttə Avstriya bu ölkələrdən deyildir.
İslam İnqilabının Böyük Rəhbəri sözlərinin davamında regionda islam adı altında azğın amillərin fəsadlar törətmələri və hərəkətlərinə toxunub və əlavə ediblər: İslam bu cərəyanların tanıtdırdıqları şey deyildir. Əslində İslam möhkəm məntiqə, imana və faktlara əsaslanır.