Sen 11, 2015 15:34 Asia/Baku
  • "Qərblilər İranda minlərlə sentrifuqanın fəaliyyət göstərməsini qəbul etməyə məcbur oldular"

Tehranın bu həftəki cümə namazının xətibi nüvə məsələləri ilə əlaqədar rəsmilərə tövsiyə edib ki, Yekun Müştərək Təşəbbüs Proqramını İran xalqının mənafeyi çərçivəsində sona çatdırmaq üçün var-gücləri və sayıqlıqlarından istifadə etsinlər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani İranda Vyana nüvə müzakirələrinin yekununun araşdırılması prosesinə toxunaraq deyib: Qərblilər İranın nüvə alimlərinin təşəbbüsü və şücaəti ilə İranda neçə min sentrifuqanın fəaliyyət göstərməsini qəbul etməyə məcbur oldular.


Tehranın cümə namazı xətibi İslam Şurası Məclisinin Yekun Müştərək Təşəbbüs Proqramı və amerikalıların bu proqram qarşısındakı funksiyasını diqqətlə araşdırmalı olduğunu bəyan edərək bildirib: Amerikanın İslam və İranla düşmənçiliyi hələ də yerindədir.


Nüvə anlaşmasının olmasına baxmayaraq İrana qarşı bəzi sanksiyalar çərçivəsinin saxlanılmasına dair bəzi Amerika rəsmisinin açıqlamasına diqqət çəkən Ayətullah Müvəhhidi Kirmani əlavə edib: Əgər qarşı tərəf öz öhdəliklərinə sadiq qalmazsa, İran İslam Respublikası da onlar kimi addım atacaqdır.


"İran Yekun Müştərək Təşəbbüs çərçivəsində qəbul etdiyi məsələdən geri qayıda bilər" deyən Tehranın cümə namazı xətibinin sözlərinə görə, amerikalılar islamla düşmənçilik çərçivəsində İslami İranda nüfuz etmək ardıncadırlar. Lakin unudublar ki, İslam İnqilabının Böyük Rəhbəri bütün nüfuz yollarını bağlayıblar.


Ayətullah Müvəhhidi Kirmani həmçinin Yəmən olayları və Ərəbistanın təcavüzkarlığına diqqət çəkib: Dünya müsəlmanlarının hissləri Ali-Səud rejiminin Yəməndəki cinayətlərindən yaralanıb.


Tehranın cümə namazı xətibi İraq və Suriya vətəndaşlarının böhranlı vəziyyəti və onların İŞİD terror qruplaşmasının cinayətləri vasitəsi ilə didərgin düşməsi ilə bağlı ağrılı səhnələrə toxunaraq deyib: Amerikanın İŞİD-i məhv etmək üçün çalışmasına dair iddiası ağ yalandır. Çünki amerikalıların özü İŞİD-in hamisidir.


Sionist rejim baş nazirinin İngiltərəyə səfəri zamanı bu ölkədəki ictimai etirazlara işarə edən Ayətullah Müvəhhidi Kirmani deyib: Yüz mindən çox ingilis bu cinayətkar sionistin mühakimə edilməsini tələb edir.


Tehranın cümə namazı xətibi saxta sionist rejimin bölgədə yeri olmadığını bəyan edərək bildirib: Sionizmə qarşı hərəkət və qəsbkar İsrail rejiminə nifrət İrandan başlanıb və gün-gündən dünyada genişlənməkdədir.

Teqlər