İran Parlamentinin sədri İraq xalqı və dövlətini himayəyə təkid etdi
https://azeri.sahartv.ir/news/İran-i197553-İran_parlamentinin_sədri_İraq_xalqı_və_dövlətini_himayəyə_təkid_etdi
İran İslam Şurası Məclisinin sədri terrorçularla savaşda İraq xalqı və dövlətini himayəyə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2015 12:28 Asia/Baku
  • İran Parlamentinin sədri İraq xalqı və dövlətini himayəyə təkid etdi
    İran Parlamentinin sədri İraq xalqı və dövlətini himayəyə təkid etdi

İran İslam Şurası Məclisinin sədri terrorçularla savaşda İraq xalqı və dövlətini himayəyə təkid edib.

İRNA-nın məlumatına görə, Əli Laricani bu gün şənbə Tehranda İraq Parlamentinin sədri Səlim əl-Cəburi ilə görüşdükdən sonra, jurnalistlər qarşısında deyib: İran xalqı və dövləti hətta, ən çətin və terrorçuların İraqın daxili quruluşunu dağıtmağa çalışdıqları bir zamanda belə İraq dövlətinin istəyi əsasında bu ölkəyə kömək edib.


Ə.Laricani əlavə edib: İraq bu gün regionun mühüm bir ölkəsi olaraq demokratik quruluşa sahibdir və ötən illər ərzində İran daim bu ölkə xalqı və dövlətinin kənarında dayanıb.


Laricani İraq Parlamentinin sədri ilə müzakirələrinin əsas mövzularından birini siyasi əlaqələrin dərinləşdirilməsi, davamlı təhlükəsizliyin bərqərar edilməsi, terrorizm ilə mübarizə və iki ölkə arasında ticarət əlaqələrinin artırılması adlandırıb və deyib: İraq Parlamenti sədrinin İrana olan səfəri faydalı olacaq. Çünki, bu səfərin nəticəsi iki ölkə arasında əlaqələrin daha da yaxşılaşmasına kömək etmiş olacaq.