İran, dünyada narkotiklərlə mübarizənin bayraqdarı
Sen 13, 2015 14:05 Asia/Baku
İran İslam Respublikasının narkotiklərlə mübarizə qərargahının sədr əvəzi deyib: BMT-nin rəsmi açıqlamasına görə, İran dünyada narkotiklərlə mübarizənin bayraqdarı elan olunub.
İran İslam Respublikasının narkotiklərlə mübarizə qərargahının sədr əvəzi Əlirza Cəzini deyib: İrana gətirilən narkotik maddələrin böyük bir hissəsinin aşkar edilməsi istiqamətində görülən işləri nəzərə alaraq, son zamanlar Tehrana səfər edən Beynəlxalq Narkotiklərə Nəzarət Qrupunun üzvləri İranın uğurlarını alqışladılar.Əlirza Cəzini ötən il İranda 4 ton sənaye mənşəli narkotik maddənin habelə, orta hesabla hər gün bir sənaye mənşəli narkotiklər hazırlayan laboratoriyanın aşkar və məhv edilməsinə işarə edərək, deyib: Aprel ayının əvvəllərindən avqust ayının sonlarına kimi İranda 267 ton narkotik maddə aşkar edilib. Bu isə əvvəlki il ilə müqayisədə 21 % daha çoxdur.
Cəzini ölkədə narkomanlığa meylin 25% azalmasını da İnqilab Rəhbəri tərəfindən elan olunmuş siyasətlərdən adlandırıb və deyib: Narkotiklərlə mübarizə sahəsindəki prioritetlərimiz dövlətin siyasi proqramlarında öz əksini tapıb və bu istiqamətdə strateji bir format hazırlanıb və profilaktik tədbirlərin görülməsi, müalicə, zərər və ziyanların azaldılması, himayə, reabilitasiya və mübarizə nəzərdə tutulmuş prioritetlərdirlər.