Sen 14, 2015 21:38 Asia/Baku
  • İran sərhədləri tam təhlükəsizliyə malikdir
    İran sərhədləri tam təhlükəsizliyə malikdir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları komandanı deyib: İranın bütün sərhədləri tam təhlükəsizliyə malikdir.

İRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Pakpur İranın şimal-qərb əməliyyat məntəqələri şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində deyib: Sepah-ın quru qoşunları tərəfindən həyata keçirilən önləyici tədbirlər və təhlükəsizlik tədbirləri nəticəsində, sərhədlərin təhlükəsizliyi tam təmin edilmiş olub.


General-mayor Pakpur terrorçuların başçıları və təşkilatçıları arasında ciddi sarsıntı və çaşbaşlığın olduğunu vurğulayaraq, deyib: mühüm olan məsələ son illər ərzində xüsusilə də cari ildə bizim mübariz döyüşçülərimiz tərəfindən nəzarət altına alınan strateji əhəmiyyətli yüksəkliklər və keçid nöqtələridir. Halbuki, bundan öncə həmin məntəqələrdə heç bir yoxlama buraxılış məntəqəsi və ya nəzarət postu mövcud deyildi və terrorçuların oylağı sayılırdı.


Sepahın quru qoşunları komandanı əlavə edib: ötən illər ərzində İranın şimal-qərb, qərb və cənub-şərq məntəqələrində həyata keçirilən əməliyyatlar nəticəsində İran sərhədlərində təhlükəsizlik tam təmin edilib.

Teqlər