İran Təl-Əvivin əl-Əqsa məscidinin zaman və məkan bölgüsünü pisləyib
https://azeri.sahartv.ir/news/İran-i197635-İran_təl_Əvivin_əl_Əqsa_məscidinin_zaman_və_məkan_bölgüsünü_pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü uşaq qatili və qeyri-qanuni sionist rejimin əl-Əqsa məscidinin zaman və məkan bölgüsü ilə bağlı hərəkətini beynəlxalq hüquqa zidd adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2015 11:17 Asia/Baku
  • İran Təl-Əvivin əl-Əqsa məscidinin zaman və məkan bölgüsünü pisləyib
    İran Təl-Əvivin əl-Əqsa məscidinin zaman və məkan bölgüsünü pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü uşaq qatili və qeyri-qanuni sionist rejimin əl-Əqsa məscidinin zaman və məkan bölgüsü ilə bağlı hərəkətini beynəlxalq hüquqa zidd adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mərziyyə Əfxəm sionist rejimin son günlərdəki hücumları və müsəlmanların müqəddəslərinə açıq-aşkar təcavüzünü pisləyərək bütün ölkələr, xüsusilə də islam ölkələri, beynəlxalq dairələr, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-dən işğalçı sionist rejimin bu qeyri-qanuni hərəkətinə dərhal reaksiya vermələrini istəyib.


İran XİN sözçüsü bildirib: İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatına üzv digər ölkələrlə birlikdə bu təşkilatın növbədənkənar iclasını keçirməklə var-gücü ilə son təcavüzlər barəsində araşdırma aparmağa və lazımi tədbirlərin araşdırılmasına hazırdır.