Sen 16, 2015 10:32 Asia/Baku
  • İran enerji bazarlarında payını artırır
    İran enerji bazarlarında payını artırır

Bolqarıstanın baş naziri deyib ki, Bolqarıstan Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir.

"Bolqarıstan qaz tədarükü marşrutlarının şaxələndirilməsi məqsədilə Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir".

“Ukrinform”-un verdiyi xəbərə görə, “Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və energetika infrastrukturu” mövzusunda Sofiyada keçirilən konfransda Bolqarıstanın baş naziri Boyko Borisov, Ölkəsinin, Rumıniya, Yunanıstan və Serbiyanın qaz-nəqliyyat sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə həll olunası bir sıra problemlərin olduğunu qeyd edib.
Müxtəlif hesabtlar göstərir ki, İran son vaxtlar enerji bazarlarında aktivləşib və öz yerini doldurmağa başlayıb. OPEK-in sentyabr ayı üzrə hesabatında bildirilir. “Avqustda İranda neftin gündəlik hasilatı 3,18 mln barelə çatıb.

Teqlər