Sen 17, 2015 15:16 Asia/Baku
  • İran və Əl-Qaidə arasında əsir mübadiləsi xəbəri əsassızdır
    İran və Əl-Qaidə arasında əsir mübadiləsi xəbəri əsassızdır

İranın Xarici İşlər Nazirliyində olan məlumatlı bir mənbə Skay Nyus-un İran və əl-Qaidə arasında əsir mübadiləsinin baş tutması ilə bağlı xəbərini yalan və əsassız adlandırıb.

İRNA-nın məlumatına görə, İranın Xarici İşlər Nazirliyində olan bu məlumatlı mənbə deyib: İran İslam Respublikası terrorizmə qarşı mübarizə aparır və terrorizmlə bağlı ikili rəftarlar ilə müxalifdir.
Bu iranlı rəsmi daha sonra deyib: terrorizm ilə ikili rəftar və ikili siyasətin yürüdülməsi bu nəhs fenomenin öz həyatını sürdürməsinin başlıca səbəbidir.
İran Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib: Aydındır ki, Skay Nyus belə bir yalan xəbər ilə həqiqətləri təhrif etmək, İranın terrorizm əleyhinə mübarizəsini kölgə altına almaq istəyir.

Teqlər