Tehranın cümə namazı xətibi sionistlərin əl-Əqsa məscidinə hücumunu pislədi
Sen 18, 2015 15:33 Asia/Baku
Tehranın cümə namazı xətibi sionistlərin cinayətləri və əl-Əqsa məscidinə olan hücumlarını qınayıb.
Tehranın cümə namazı xətibi höccətülislam vəlmüslimin Kazım Sədiqi sionistlərin müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə qarşı son hücumlarına işarə edərək, deyib: Sionist cinayətkarlar dünya ictimaiyyətinin və Ərəb ölkələrinin sükutu və laqeyd münasibətinə görə, Qüdsün yəhudiləşdirilməsi əməliyyatını sürətləndirməyə çalışırlar.Kazım Sədiqi İran İslam Respublikasının əl-Əqsa məscidinin yəhudiləşdirilməsini önləmək məqsədilə Fələstin Müqavimətini himayə etməsinə təkid edərək, deyib: İsrail rejimi Yaxın Şərqdə cərəyan edən böhranlardan sui-istifadə edərək, əl-Əqsa məscidinə və orada namaz qılmaqla məşğul olan fələstinlilərə hücum edib, beynəlxalq qanunları pozub.
Höccətülislam vəlmüslimin Sədiqi həmçinin, Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərini pisləyib və deyib: Bu rejim və onun qərbli himayədarları regionda xüsusilə də Yəməndə vəziyyətin gərginləşməsinə görə birbaşa məsuliyyət daşıyırlar.
Tehranın cümə namazı xətibi daha sonra ABŞ və İsrail rejiminin Yaxın Şərqdəki cinayətlərinə və düşmənlərin İran İslam Respublikasına qarşı təhdidlərinə işarə edərək, deyib: İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ayıqlığı ilə düşmənlərin İran İslam Respublikasına qarşı ehtimal olunan təhdidləri tam qətiyyətli şəkildə cavablandırılacaq.
Tehranın cümə namazı xətibi İranın müxtəlif sahələr o cümlədən iqtisadiyyat, hərbi-müdafiə sənayesi və nüvə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərə işarə edərək, deyib: düşmənlərin fitnələrinə rəğmən İslam İnqilabı tam qətiyyətlə öz ideyalarına və məqsədlərinə doğru addımlayır.