General-mayor Rəhim Səfəvi İŞİD-in məhv edilməsinə təkid etdi
Sen 18, 2015 22:27 Asia/Baku
-
General-mayor Rəhim Səfəvi
İran silahlı qüvvələrinin ali baş komandanının hərbi məsələlər üzrə müşaviri İŞİD terror qruplaşmasının məhv edilməsi üzrə səylərin davam etməsinə təkid edib.
İRNA-nın məlumatına görə, general-mayor Seyid Yəhya Rəhim Səfəvi dünən İmam Cəfər Sadiq(ə) Universiteti şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində İranın terrorizm ilə mübarizədə İraq və Suriyaya maddi və mənəvi dəstək və hərbi məsləhətlər verməsini ağıl və məntiq üzündən olan bir addım adlandırıb və deyib: Livan, Suriya və İraq İranın dərin müdafiəsidirlər və siyasi ağıl və məntiq İŞİD-i elə oradaca məhv etməyimizi uyğun görür.General-mayor Rəhim Səfəvi Amerikalıların regionda öz nüfuzlarını möhkəmləndirməklə İslam ölkələrinin parçalanması planını icra etmək niyyətində olduğunu bildirib və deyib: Amerikalılar İraqda məğlub olduqdan sonra, İŞİD və təkfirçi terrorçuları regionun canına saldılar.