İranın paratekvando komandası dünya 3-cüsü oldu
Sen 18, 2015 22:27 Asia/Baku
-
İranın paratekvando komandası dünya 3-cüsü oldu
İranın paratekvando yığma komandası Türkiyədə keçirilən paratekvando üzrə dünya çempionatında 3-cü pillədə dayandı.
İRNA-nın məlumatına görə, paratekvando üzrə 6-cı dünya çempionatı dünən dünyanın 38 ölkəsindən gəlmiş 113 idmançının iştirakı ilə Türkiyənin Samsun şəhərində keçirildi. İranın kişilərdən ibarət yığma komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medal ilə dünya 3-cüsü oldu.Rusiya, Azərbaycan və Türkiyə isə müvafiq olaraq 1-ci, 2-ci və 4-cü yerləri özlərinə aid ediblər.