Sen 19, 2015 14:47 Asia/Baku
  • İran xalqı və dövlətinin İsrail rejiminin təcavüzlərinə reaksiyası - Təhlil
    İran xalqı və dövlətinin İsrail rejiminin təcavüzlərinə reaksiyası - Təhlil

Sionist rejimin əl-Əqsa məscidinə olan son təcavüzləri İran İslam Respublikasında çox ciddi siyasi reaksiyalara və xalq etirazlarına səbəb olub.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Qulaməli Xoşru ötən cümü günü axşam Qoşulmama hərəkatının İsrailin əl-Əqsa məscidinə olan hücumlarının davam etməsinə reaksiya olaraq təşkil etdiyi fövqəladə iclasın ardınca deyib: 10 min sionist hərbçinin səfərbər edilməsi və əl-Əqsa məscidi ətrafında yerləşdirilməsi bir daha sübut edir ki, sionist rejim Qurban bayramı və Qurban bayramı münasibətilə on minlərlə fələstinlinin bayram namazında iştirakının yaxınlaşması ilə müsəlmanlara qarşı çox təhlükəli bir oyun oynamaq niyyətindədir.
Xoşru müsəlmanlar arasında birliyin olmamasını İsrail rejiminin həyasızlığının başlıca amili adlandırıb və sionist rejim hərbçilərinin Qüds şərifdəki çirkin hərəkətlərinin bu məsələdən qaynaqlandığını deyib.
Xoşru əlavə edib: Müsəlmanlar sionistlərin onları ilk qiblələri olan Beytül-Müqəddəsdən məhrum etmələrinə icazə verməməlidirlər. Bunun üçün dərhal ciddi və lazımi addımlar atılmalıdır.
Bu arada Qoşulmama hərəkatı cümə günü dünya ictimaiyyəti xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasını İsrail rejiminin əl-Əqsa məscidinə qarşı hücumlarını dayandırmaq üçün ciddi addımlar atmağa və üzərlərinə düşən vəzifəyə əməl etməyə çağırıb.
BMT-nin baş katibi Ban Ki Mun da Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası nümayəndələri ilə görüşdə sionistlərin əl-Əqsa məscidinə olan hücumlarının durdurulmasını istəmişdi.
Bu arada İran İslam Respublikasında da dünən cümə namazından sonra insanlar sionist rejimin əl-Əqsa məscidinə hörmətsizlik və namaz qılmaqla məşğul olan fələstinlilərə hücum etməsinə etiraz olaraq, yürüş təşkil ediblər.
Bu etiraz aksiyasında dünya ictimaiyyəti və beynəlxalq təşkilatların habelə, Ərəb ölkələri başçılarının sionist rejimin cinayətləri qarşısındakı sükutu da tənqid edilib.
Müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidi bu günlər İsrail rejiminin fələstinlilərə qarşı yeni hücumlarının şahididir. İndiyə kimi bu toqquşmalarda yüzə yaxın fələstinli yaralanıb və ya həbs edilib.
Əl-Əqsa məscidi ilə bağlı son gərginlik 13 sentyabrda İsrail rejiminin daxili işlər nazirinin yəhudi bayramının gəlib çatması bəhanəsi ilə 120 nəfərdən çox hərbçi və sionist qəsəbə sakini ilə birlikdə əl-Əqsa məscidinə daxil olmasının ardınca başlanıb.

Teqlər