Sen 19, 2015 19:15 Asia/Baku
  • İran digər xalqlarla sülh, dostluq və dialoqda öncüldür
    İran digər xalqlarla sülh, dostluq və dialoqda öncüldür

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının beynəlxalq məsələlər üzrə müavini İslam Respublikasını dünyada sülh və dostluqda öncül adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının beynəlxalq məsələlər üzrə müavini Əbülqasimi şənbə günü Tehranda keçirilən bu təşkilatla Çin İctimai Elmlər Akademiyasının birgə 4-cü konfransında deyib: İran dövləti zəngin mədəniyyəti, sivilizasiyası və dini arxası ilə həmişə digər xalqlarla sülh, dostluq və dialoq istiqamətində öncül olmuşdur.
Sədr müavini əlavə edib: Hazırda radikallıq və zorakılıq dünyanın müxtəlif bölgələrini bürüyüb. Mədəniyyət dialoqu beynəlxalq müştərək idarəçilik üçün sülh və həmrəylik istiqamətində dəyərli və konstruktiv səyi göstərə bilər.
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə Çinin İctimai Elmlər Akademiyasının Tehranda keçirilən 4-cü konfransında iki ölkənin mədəni əlaqələrinin perspektivi və beynəlxalq proseslər araşdırılıb və Çin ictimaiyyəti və mədəniyyəti kitabının təqdimatı keçirilib.

Teqlər