İran Fars körfəzində neft istehsalını artırmaq üçün ciddi müzakirələr aparır
Sen 20, 2015 10:29 Asia/Baku
İranın Şelf Nefti Şirkətinin icraçı direktoru Fars körfəzinin neft yataqlarında istehsalın artırılması üzrə layihələrin icrası üçün Fransa, Norveç, İtaliya və Ukrayna şirkətləri ilə müştərək əməkdaşlıq və müzakirələrin aparıldığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Şelft Nefti Şirkətinin icraçı direktoru Səid Hafizi İran qəzetinin bugünkü sayı ilə müsahibədə neft istehsalının artırılması üçün qısa, orta və uzunmüddətli proqramın nəzərdə tutulduğunu bəyan edərək deyib: Bu dövrlərdə müvafiq olaraq gündəlik 32, 130 və 400 min barel neft Fars körfəzindəki neft yataqlarından neft istehsal olunacaq.Hafizi əlavə edib: Həyata keçirilərn proqramlara əsasən gələn 5 il ərzində şelfdə neftin istehsalı gündəlik 800 min barelə çatacaq.
İranın Şelf Nefti Şirkətinin icraçı direktoru xatırladıb: İtaliyanın Eni və Fransanın Total şirkətləri kimi bir neçə xarici şirkətlə ciddi müzakirələr davam edir və bu şirkət dünyanın güclü şirkətləri ilə əməkdaşlıqlar çərçivəsində İranın cənubunda İsfəndiyar neft yatağının genişlənməsi üzrə ilkin layihəni və müqaviləni Norveç və Avstriya şirkəti ilə imzalayıb.
Hafizinin sözlərinə görə, Həngam müştərək neft yatağının genişlənməsi üçün Omanın neft rəsmiləri ilə müştərək iclaslar keçirilib və İranın Şelf Neft Şirkətinin şüarı neft yataqlarında rəqabət yerinə müştərək genişləndirməkdir.
Səid Hafizi həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə müştərək Salman qaz yatağının genişlənməsindən xəbər verib və əlavə edib: Hazırda bu ölkə ilə müzakirə iş gündəmindədir.