Sionistlərin əl-Əqsa məscidinə basqını pislənilir
Sen 20, 2015 11:17 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: Təəssüflər olsun ki, islam dünyasında əl-Əqsa məscidi məsələsində sionist rejimin təhqiramiz hərəkəti qarşısında qəsdən yuxuya getmə vardır.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü parlamentin açıql iclasını açıq elan etməzdən öncə etdiyi çıxışında sionist rejimin əl-Əqsa məscidinə hücumunu pisləyərək beynəlxalq dairələr və İslam Əməkdaşlıq Təşkilatını bu məsələdə ciddi şəkildə iştirak etməyə və Fələstinin məzlum xalqını dəstəkləməyə çağırıb.Sionist rejimin əl-Əqsa məscidi qarşısındakı rəftarının təhqiramiz olduğunu bildirən Laricani əlavə edib: Bölgədəki hazırkı acınacaqlı şərait sionist rejimin bu məsələdən sui-istifadə etməsi və müsəlmanların ilk qibləsinə hörmətsizlik etməsinə səbəb olmuşdur.
İran parlamentinin sədri söyləyib: Sionist rejimin həyasız və işğalçı hərbçilərinin müsəlmanların ilk qibləsinə soxulmaları və müsəlmanları bu məsciddə ibadətdən məhrum etmələri bütün müsəlmanlara hörmətsizlikdir.
Sionist hərbçilər ötən həftədən demək olar ki, hər gün əl-Əqsa məscidinə hücum və fələstinli namaz qılanlarla toqquşmada gözyaşardıcı qazlar, səs bombaları və döyüş güllələrindən istifadə edirlər. Bu hərəkətlər onlarla fələstinlinin yaralanması ilə nəticələnib.
İslam Şurası Məclisinin sədri Məkkədəki təəssüfləndirici hadisə və bir neçə iranlı hacının dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib və deyib: Səudiyyə Ərəbistanı hökuməti bu hadisənin məsuliyyətini üzərinə götürməli, bu məsələni dərhal araşdırmalı və hacılar üçün təhlükəsizlik yaratmalıdır.