İnqilab Rəhbəri müharibə əlilləri ilə görüşüblər
Sen 20, 2015 15:02 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Müharibə əlilləri Müqəddəs Müdafiə dövründə İranın böyük xalqının sınaq dövrünün tablolarıdır və onların ictimaiyyətdəki iştirakı əslində tarixi, maarif, siyasət və beynəlxalq həqiqətləri bəyan edir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar günü səhər Müqəddəs Müdafiə Həftəsi ərəfəsində bədəninin bir yaxud iki üzvünü və gözünü itirən 70%-lik müharibə əlili və onların ailələri ilə görüşüblər. Müharibə əlillərinin fiziki problemləri və əzab-əziyyətlərinə toxunan İnqilab Rəhbəri bu ağır imtahana görə onların əcrinin yüksək olduğunu bildiriblər.İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Müharibə əlilləri bir tərəfdən diktator Səddam rejimini dəstəkləyən qüdrətlərin cinayətlərini əks etdirir, digər tərəfdən isə belə yüksək məqama layiq insanları yetişdirən və cəbhələrə göndərən İmam Xomeyni (rə) və İnqilabın əzəmətini nümayiş etdirirlər.
İslam İnqilabının Böyük Rəhbəri müharibə əlillərinin həyat yoldaşlarının səbri və onlara qulluq göstərməkdəki əzab-əziyyətlərini əsil şücaət, qəhrəmanlıq və cihad adlandırıb və müharibə əlillərinin həyat yoldaşları, övladları və yaxınlarına bu böyük mənəvi sərvəti qorumağı tövsiyə ediblər.