İran və İtaliya arasında elmi əməkdaşlıq anlaşması imzalanıb
Sen 20, 2015 19:43 Asia/Baku
-
İran və İtaliya arasında elmi əməkdaşlıq anlaşması imzalanıb
İranın elmlər, təhqiqat və texnologiya naziri ilə İtaliyanın təhsil, universitetlər və təhqiqat naziri arasında universitet, elm və texnologiya əməkdaşlığı memorandumu imzalanıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikasının elmlər, təhqiqat və texnologiya naziri Məhəmməd Fərhadi və İtaliyanın təhsil, universitetlər və təhqiqat naziri Stefani Conini bazar günü Tehranda görüşərək danışıqlar və iki ölkənin elmi əməkdaşlıqlarının artırılması yolları barəsində məsləhətləşmələr apardıqdan sonra bu anlaşma memorandumunu imzalayıblar.İran və İtaliya arasında imzalanan anlaşma memorandumuna əsasən iki ölkə inkişaf mərkəzləri, texnologiya qrupları və elm və texnologiya parklarında müştərək əməkdaşlıqları sürətləndirəcək.
İran və İtaliya həmçinin razılıq ediblər ki, 2016-2018-ci illərdə müştərək və maraqlandıran sahələrdə 3 illik bir dövr üçün müxtəlif araşdırma layihələrinin mübadiləsinə dəstək istiqamətində 100 min avroya qədər maliyyə yardımı çərçivəsində lazımi büdcəni təmin etsinlər.
Müştərək və maraqlandıran sahələrdə araşdırma layihələri humanitar, ictimai, muzey, mədəni irs və incəsənət, biologiya və tibb elmləri, mühəndislik və informasiya texnologiyalarına şamil olur.