Ruhani: ABŞ-a etimadsızlıq bu tezlikdə aradan qalxmayacaq
Sen 21, 2015 13:37 Asia/Baku
-
Ruhani: ABŞ-a etimadsızlıq bu tezlikdə aradan qalxmayacaq
İran İslam Respublikası prezidenti nüvə anlaşmasını düşmənçiliyin aradan qaldırılması istiqamətində ilk addım adlandırıb. Lakin bildirib ki, Amerikaya etimadsızlıq bu tezliklə aradan qalxmayacaq.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Amerikanın CBS telekanlının 60 dəqiqə proqramında yayımlanan müsahibədə İran və 5+1 qrupu arasında nüvə anlaşmasını düşmənçiliyin aradan qaldırılması üçün ilk addım adlandırıb.Höccətülislam vəlmüslimin Ruhani deyib: Nüvə anlaşmasına baxmayaraq, fikir ayrılıqları və etimadsızlıq bu tezliklə aradan qalxmayacaq.
Ruhani əlavə edib: Rəy sorğularına əsasən, İran vətəndaşlarının əksəriyyəti bu anlaşmaya müsbət yanaşır. Parlament və Ali Milli Təhlükəsizlik Şurası kimi qurumlar adətən ictimai fikirdən ayrı deyillər və o istiqamətdə hərəkət edirlər.
Cənab Ruhani həmçinin bildirib: İranda nüvə anlaşması təsdiqləndikdən sonra İranda hamı onunla razılaşacaqdır.
İran İslam Respublikası prezidenti həmçinin Suriyanın vəziyyəti və bu ölkə prezidenti Bəşşar Əsədin kənarlaşdırılması ilə bağlı qərb ölkələrinin israrı barəsində deyib: Hökumət olmadığı halda terrorçularla necə mübarizə aparmaq olar?
Teqlər